Ağdaş rayon sakinindən ov tüfəngi götürülüb.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərəbşəki kənd sakini F.Mustafayevdən müvafiq icazəsi olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.