Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirlib.

Unikal.org xəbər verir ki, iclasda Səhiyyə komitəsinin sədr müavini, Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov bəzi təkliflərlə çıxış edib.

O deyib ki, tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir.

"Yəqin ki, bu məsələyə baxılacaq”, - Kəmaləddin Qafarov deyib. 
Deputat dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsini də təklif edib. Onun sözlərinə görə,  hazırkı tələblər dərman vasitələrinin qeydiyyatında çətinlik yaradır: 
“Bu tələblər çətinlik yaradır. Səhiyyə sahəsində son 5 ildə böyük işlər görülüb. Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib. Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Genişlənmiş sahənin saxlanılması – dərman, servis və.s üçün 5 il öncəki büdcə ilə tənzimlənir. Yəni büdcə 5 il əvvəl necə idisə, indi də elə qalır".

Milli Onkologiya Mərkəzi baş direktorunun müavini bu tibb müəssisəsinə müraciət edənlərin sayını da açıqlayıb:"Milli Onkologiya Mərkəzinə hər gün 1 200 nəfər müraciət edir. Burada avadanlıqların saxlanılması və s. xərclər üçün 5 qat artıq büdcə lazımdır. Yəni burada 20-30 faiz artımla nəsə etmək çətin olacaq”.