İngiltərədə gənc futbolçu Cakob Standbridcenin intihar səbəbi ortaya çıxıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ötən il baş verən intihar hadisəsi ilə bağlı yeni faktlar ortaya çıxıb. Belə ki, gənc sevgilisinin telefonuna gələn mesajı gördükdən bir neçə saat sonra canına qəsd edib.

Polis 21 yaşlı futbolçunu intihara sürükləyən mesajın nə olduğunu açıqlamasa da, yaxınları qızın ona xəyanət etdiyi qənaətindədir. Cakob hadisədən əvvəl anasına "Hər şey üçün təşəkkür edirəm. Çox təəssüf" deyə, mesaj yazıb. Futbolçunun sevgilisi isə məhkəmədə verdiyi ifadədədə onun steroid maddə istifadə etdiyini deyib.