Neftçala şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-averilən məlumata görə, sentyabrın 16-da saat 14 radələrində Neftçala şəhəri ərazisində Astara rayon sakini Əliağa Cəfərov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.