Bakıda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org  trend-ə  istinadən  xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsi, 48 saylı binanın qarşısında qeydə alınıb.

Bakı şəhər sakini - 1983-cü il təvəllüdlü Abdullayev Qalib Malik oğlu həmin ünvanda tanımadığı naməlum şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı təcili xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.