Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Şəki-Zaqatala bölgəsində fındığın istehsalı, qurudulması və saxlanılması zamanı tərkibində aflatoksinin yaranma səbəblərinə dair elmi araşdırmalar aparır.

Unikal.org xəbər verir ki, tədqiqatın aparılmasında məqsəd regionda məhsullarda aflatoksinin yaranma səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması, risk qiymətləndirilməsinin həyata keçirilməsi, məhsulun yığım tarixlərinin dəqiq müəyyənləşdirilməsi, həmçinin fındığın becərilmə, emal, qurutma və saxlanma şərtlərinin mövcud normalara uyğunlaşdırılmasıdır.

Araşdırmaların nəticəsi olaraq fındıq istehsalçılarına aflatoksinsiz fındıq yetişdirmənin yolları, istehsal zəncirinin bütün mərhələlərində aflatoksinin əmələ gəlmə risklərinin azaldılması ilə bağlı elmi əsaslandırılmış tövsiyələrin təqdim edilməsi nəzərdə tutulur.