Masallıda qoyun oğurlayan qadın saxlanıldı.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də X.Əliyevə məxsus yardımçı təsərrüfatdan 6 baş qoyun oğurlamaqda şübhəli bilinən rayon sakinləri M.Məstiyev və F.Abdullayeva saxlanılmışlar.

Ətraflarında aparılmış tədbirlərlə onların Ə.Səmədova məxsus həyətyanı sahədən 6 baş qoyun oğurlamaları da müəyyən edilmişdir.