ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının neft obyektlərinin vurulması ilə əlaqədar "günahkarı tanıdıqlarını" və "mümkün hücuma hazır olduqlarını" bildirib.

Unikal.org xəbər verir ki, Tramp, şərhində deyib:

"Səudiyyə Ərəbistanın neft əraziləri hücuma uğradı. Təqsirkarı tanıdığımıza, hədəfi bildiyimizə görə, silahlarımız dolu saxlamağımıza bir səbəb var. Lakin Krallıqdan bu hücumu kim etdiyini eşitməyi gözləyirik". 

ABŞ prezidenti Ər-Riyaddan gələn bir cavaba görə, hansı şərtlərdə davranacağını müəyyən edəcəklərini söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlərin hücumu bölgədə vəziyyəti yenidən gərginləşdirib. Neft emalı zavodlarının vurulması ABŞ-da ciddi reaksiya doğurub. Vaşinqtonda şübhə etmirlər ki, hücumun arxasında İran dayanır. Tehran bu ittihamları rədd edir.