İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsininin müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə komitə sədri Tural Hüseynov məlumat verib.

Komitə sədri bildirib ki, monitorinq zamanı idarənin müvəqqəti saxlanma yerində saxlanılan 2 nəfərlə görüşüblər: "Monitorinqi mən və komitənin sədr müavini Elçin Şirinov keçirmişik. Saxlanılan şəxslər Cinayət Məcəlləsinin 178-ci(dələduzluq) maddəsi ilə təqsirləndirilirlər. Onlarla fərqi söhbətlər apardıq, saxlanma şəraiti, rəftarla maraqlandıq. Nə saxlanma şəraiti, nə qidalanma, nə də rəftarla bağlı heç bir şikayətləri olmadı, səhhətlərdə normal idi.

Bunulna yanaşı, həmçininsaxlanma yerlərindəki şəraitlə maraqlandıq. Saxlanma yerinin havalandırma sistemi, gəzinti meydançası, saxlanılan şəxslərin asudə vaxtları üçün yaraddılan şərait normal idi. İdarə rəisi ilə görüşümüz zamanı o bilditdi ki, yaxın vaxtlarda saxlanma yeri yenidən cari təmir olunacaq".

T. Hüseynov qeyd edib ki, monitorinqin nəticələrinə görə, idarənin müvəqqəti saxlanma yerində şərait tam normal qiymətləndirildi.