Müğənni Ece Seçkin yeni yaşını ötən gecə nişanlısı Çağrı Terlemezin təşkil etdiyi bir partidə keçirib.

Unikal.org xəbər verir ki, 29 yaşı tamam olan müğənni gördüklərinə təəccüblənib. Gecədə onun yaxın dostları da yer alıblar.

Tədbirin ona sürpriz olduğunu deyən Seçkin "Bir sürpriz gözləyirdim, amma bu qədərini yox. Sevdiyim bütün dostlarım yanımdadır. Günlərlə mənə heç nə hiss etdirmədən, hazırlaşıblar. Çox xoşbəxtəm" söyləyib.

Terlemezin sevgilisinə sürprizi tək parti ilə bitməyib. O, ifaçıya 600 min lirə dəyərində "Porsche Carrera" avtomobili alıb.