Ağstafada bədbəxt hadisə baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Bakı-Tiflis dəmir yolu xəttinin Tovuz Tatlı mənzilində təmir işləri aparılan zaman iki nəfəri elektrik cərəyanı vurub. Nəticədə onlardan 1980-ci təvəllüdlü Daşqın Mustafayev ölüb, Zaur Həsənov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.