Kiyevdə Azərbaycan vətəndaşı keçmiş arvadına sinə nahiyyəsindən çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qətlə yetirib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, insident 13 sentyabrda axşam saatlarında qadının yaşadığı binanın qarşısında baş verib.

Mərhumun nənəsinin sözlərinə görə, nəvəsi ilə adı açıqlanmayan azərbaycanlı bir neçə il görüşdükdən sonra ailə qurublar. Cütlük 6 ay evli qalıb. Boşandıqdan sonra da eks-əri onu izləməyə davam edib. 

Faktla bağlı cinayət işi açılıb. Hazırda həmin şəxs axtarılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun ölkəni tərk etməyə cəhd göstərə biləcəyini istisna etmirlər.