Dünya şöhrətli amerikalı müğənni Eddi Mani dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, 70 yaşlı sənətçi uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, ifaçı ən çox “Baby Hold On,” “Two Tickets to Paradise,” “Shakin'” və “Take Me Home Tonight” mahnıları ilə tanınıb.