PKK qruplaşması Türkiyənin Diyarbəkir vilayətinin Ağacqorur kəndi yaxınlığında terror aktı törədib.

Unikal.org xəbər verir ki, terrorçular tərəfindən əvvəlcədən yola döşənən partlayıcı qurğu meşəyə odun yığmağa gedən şəxsləri aparan mikroavtobus ərazidən keçərkən işə salınıb.

Diyarbəkir Valiliyindən verilən açıqlamada bildirilib ki, terror aktı yerli vaxtla saat 18:00-da baş verib. İlkin məlumata görə, terakt nəticəsində 4 vətəndaş həlak olub, 13 nəfər yaralanıb.