Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Dağıstana gəlib.

Unikal.org Lenta.ru0ya istinadən xəbər verir ki, terrorçuların Dağıstana hücumunun dəf edilməsinin 20-ci ildönümü münasibətilə bu respublikaya səfər edən Putin, əvvəlcədən nəzərdə tutulduğu kimi, Mahaçqala hava limanından Botlix şəhərinə yola düşüb.

O, 20 il sonra Botlixdə milislərlə birlikdə bir stəkan araq içib.

“Vladimir Putin Botlixdə 20 il əvvəl milislərə terrorçuları məğlub etdikdən sonra onlarla birlikdə araq içəcəyi ilə bağlı verdiyi vədə əməl etdi”, - deyə Kremlin jurnalisti Dmitri Smirnov sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki,  Vladimir Putin Botlixi ilk dəfə 20 il əvvəl - 1999-cu ilin avqustunda, Rusiya hökumətinin başçısı vəzifəsində çalışarkən ziyarət etmişdi. Bu həmin postda onun ilk səfərlərindən biri idi.