Ucarda yol qəzası baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə istiqamətində hərəkətdə olan “Chevrolet” markalı avtomobil yoldan çıxaraq su kanalına düşüb. Nəticədə avtomobildə olan 3 nəfər xəsarət alıb.Yaralılar xəstəxanaya yerləşdirilib.