20 Sentyabr 2019
19 Sentyabr 2019
Bakıda polis əməkdaşını bıçaqladılar
Bakıda polis əməkdaşını bıçaqladılar KRİMİNAL 23:47 2019-09-11

Bakının Nərimanov rayonunda polis əməkdaşına hücum olub.

Unikal.org xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İnsident sentyabrın 9-dan 10-a keçən gecə Təbriz küçəsində, 54 nömrəli evin qarşısında baş verib.

1972-ci il təvəllüdlü Rövşən İsrafil oğlu Hüseynov sahə müvəkkili, polis kapitanı, 1982-ci il təvəllüdlü Babək Məhəmmədəli oğlu Abbasova bıçaqla hücum edib. Nəticədə asayiş keşikçisi qolundan üç bıçaq yarası alıb.  

Rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət) üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.