20 Sentyabr 2019
19 Sentyabr 2019
Aparat rəhbəri istefa VERDİ
Aparat rəhbəri istefaVERDİ DÜNYA 22:34 2019-09-11

Gürcüstanın hökumət administrasiyasının aparat rəhbəri Giorgi Çoladze istefa verib.

Unikal.org xəbər verir ki, bu barədə G.Çoladze “Facebook” səhifəsində yazıb.

O, bu gün hökumət administrasiyasının aparat rəhbəri vəzifəsində sonuncu iş gününün olduğunu bildirib.

Qeyd edək ki, qonşu ölkənin hökumət administrasiyasının aparatı strukturu ötən ilin iyulunda yaradılıb. Baş nazirin aparatına ictimaiyyətlə əlaqələr, protokol və xarici əlaqələr üzrə şöbələr tabedir.