Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də Soçidə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Sabah İsrailin Baş naziri Netanyahunun işgüzar səfəri olacaq. Rusiya-İsrail danışıqları Soçidə baş tutacaq. Putin sabah Soçidə olacaq", - deyə Peskov qeyd edib.