Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, sentyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində şəhər sakini A.Rüstəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Ədilə Quliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.