20 Sentyabr 2019
19 Sentyabr 2019
İnam Kərimovdan YENİ TƏYİNATLAR
İnam KərimovdanYENİ TƏYİNATLAR CƏMİYYƏT 16:32 2019-09-11

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzində kadr təyinatları olub.

Unikal.org report-a istinadən xəbər verir ki, bununla bağlı Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Rövşən Gülməmməd oğlu Yəhyayev İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.

Nazirin imzaladığı digər əmrlə Qinyaz Eyvaz oğlu Əkbərov İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini-Maliyyə təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Həsən Həsənov bu günlərdə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsindən azad olunub.