AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.

Unikal.org-a AXCP-dən verilən məlumata görə, Ruslan Əmirli inzibati xətalar məcəlləsinin xırda xuliqanlıqla, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahlandırılıb.

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə R.Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib. 

Qeyd edək ki, Ruslan Əmirli AXCP sədri Əli Kərimlinin mühafizəçisidir.