Nəsimi rayonunda bıçaqlanaraq ağır vəziyyətdə olan şəxsi polislər xəstəxanaya çatdırıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu 1-ci mikrorayonda baş verib.

Belə ki, 38 yaşlı Etibar Təvəkkül oğlu hələlik adı məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməliyyat qrupu yaralını 1 saylı şəhər xəstəxanasına çatdırıb. Hadisəni törədən şəxs zərərsizləşdirilərək saxlanılıb.

Yaralı cərrahi əməliyyat olunub. Məlum olub ki, hadisəyə səbəb avtomobilin satan şəxslə müştəri Etibarın mübahisəsi olub. Etibarın ilkin izahatına görə o, pulu gecikdirib.