20 Sentyabr 2019
19 Sentyabr 2019
AzTV-nin əməkdaşları qəzaya düşdü: yaralılar var
AzTV-nin əməkdaşları qəzaya düşdü:yaralılar var HADİSƏ 22:21 2019-09-10

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.