Bakıda yük maşını aşıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, N.Rəfiyev küçəsində qeydə alınıb. “İsuzu” markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə ərazidə olan daha iki avtomobilə ziyan dəyib. Yük maşınının sürücüsü yüngül xəsarət alıb.

Qəza səbəbindən yolda tıxac yaranıb.  

Faktla bağlı araşdırma aparılır.