22 Sentyabr 2019
21 Sentyabr 2019
Türkiyənin məşhur aktyoru öldü
Türkiyənin məşhur aktyoru öldü MƏDƏNİYYƏT-ŞOU 12:59 2019-09-10

"Yeşilçam" filmlərinin daha bir məşhur siması dünyasını dəyişib. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir çox filmdə rol alan ustad aktyor Süleyman Turan infarkt keçirib və 83 yaşında hayata gözlərini yumub. 


Aktyorun ölümü ilə bağlı CHP keçmiş millət vəkili Barış Yarkadaş sosial şəbəkədə bunları yazıb: 

"Yılmaz Güneyin yaxın dostu, kino sənətçisi Süleyman Turan səhər saatlarında həyatını itirib. Turan, ATV hazırlayıb təqdim etdiyi "Kayıp Aranıyor" verilişində, nəzarətdəolarkən itirilən Ali - Ayhan Efeoğlu qardaşların əhvalatına də yer vermiş, bu görə proqramı qaldırılmışdı". 

Qeyd edək ki, ustad aktyor 1999-ci ildə yayınlanan və baş rollarını Mehmet Ali Alabora, Ayten Gökçer və Meltem Cumbulun canlandırdığı "Yılan Hikayesi" serialında Başkomiser Kamal rolu ilə hər kəsin rəğbətini qazana bilmişdi.