"Qalatasaray"ın yeni transferi Emre Morun Yağmur Taktaş ilə tanış olmaq üçün yazdığı  mesajlar ortaya çıxıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 22 yaşlı Mor bu dəfə "İşte Benim Stilim" yarışmasıyla məşhurlaşan Yağmur Taktaşı sosyal medyada izləməyə başlayıb. Mor "Məni yenə görməzlikdən gələcəksənsə bir daha yazmayacağam" desə də, Yağmur Taktaş ona cavab verməyib. 

Bundan öncə Cansu Taşkın və  brazilyalı model Angelika Perlaya da mesaj atmasıyla gündəmə gəlmişdi.

Emre Mor sosial şəbəkədə fotosunu bəyənən modelə lüks avtomobil hədiyə edərək diqqətləri üzərinə çəkməyi bacarmışdı.