Gürcüstan Dağlıq Qarabağda qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” tanımır.

Unikal.org  xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstəyini bir daha ifadə etməklə, Gürcüstan Xarici İşlər Nazirliyi 2019-cu il sentyabrın 8-də Dağlıq Qarabağda keçirilmiş qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” və onun nəticələrini tanımır.

Bəyanata əsasən, Gürcüstan Xarici İşlər Nazirliyi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu nizamlanmasını dəstəkləyir.