Rejissor Kənan Mahmudov sosial şəbəkədə paylaşım edərək insanları qanunsuzluğa çağırıb. 

Unikal.org xəbər verir  ki, Bakı Nəqliyyat Agentliyinin qanunsuz parklanmaya qarşı apardığı tədbirləri tənqid edən rejissor Kənan Mahmudov özünün qayda pozmasına da haqq qazandırıb. O həmçinin Bülbül prospektində dayanma-durmanın qadağan olunduğu yerdə avtomobilini saxlayaraq dövlət qeydiyyat nişanının qeydə alınmaması üçün yük hissəsinin qapısını açıb. Beləliklə də o qəsdən inzibati xətaya görə cərimələnməkdən yayınıb. Əslində rejissor bu əməli ilə digər bir xətanı törətmiş olur ki, bunun isə daha böyük məbləğdə cəriməsi var. Rejissor digər vətəndaşları da bu cür davranmağa çağırıb ki, bu da insanların kütləvi şəkildə qanunsuz hərəkətlərə çağırmaqdan başqa bir şey deyil.  
Xatırladaq ki, videonun çəkildiyi ərazidə bir neçə ünvandan küçədən kənar parklanma yerləri mövcuddur ki, rejissor rahat şəkildə nəqliyyat vasitəsini orda park edə bilərdi.