Şəmkirin Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə yük avtomobili toqquşub. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir nəfəri ölüb.

Unikal.org-un əldə etdiyi məlumata görə, qəza nəticəsində ölən Lənkəran rayon sakini 1983-cü il təvəllüdlü Məhərrəmov Elburus Hüseyn oğlu müğənni Cəmil Əfəndinin qardaşıdır. Ailəli olan E. Məhərrəmovun bir qızı və bir oğlu var. O, bir neçə müddətdir ki, Türkiyə istiqamətində sərnişin daşıyan avtobusda sürücü köməkçisi işləyib.

Qeyd edək ki, bir neçə gün öncə Bakı-Qazax avtomobil magistral yolunun, Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində sərnişin avtobusu ilə “SHAGMAN” markalı yük maşını ilə toqquşub.

Famil Fərhadoğlu