Konyanın Ereğli mahalında çadırda qalan və əkin-biçin işləriylə məşğul olan Suriyalı İmen və Abdulvahap Dineydil cütlüyünün 8 aylıq körpəsi Muhammet yatağında ölü taplıb. 

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki,  Kiçik Muhammedi cansız bədəni Ereğli dövlət xəstəxanasının morguna aparılıb.

İlkin ekspertiza zamanı məlum olub ki, Kiçik Muhammed ağciyər iltihabından dünyasını dəyişib. Hadisə ilə bağlı istintaq başladılıb.