17 Sentyabr 2019
16 Sentyabr 2019
Putinlə Makron Ukrayna məsələsini müzakirə etdi
Putinlə Makron Ukrayna məsələsini müzakirə etdi DÜNYA 23:07 2019-09-08

Rusiya prezidenti  Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla müzakirə aparıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, prezidentlər telefon danışığı zamanı  Rusiya ilə Ukrayna arasında şənbə günü girovların mübadiləsini müsbət qiymətləndirib.

Məlumata görə, prezidentlər girovların dəyişdirilməsinin Rusiya-Ukrayna münasibətlərinin normallaşmasına öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Danışıqlar zamanı həmçinin iki ölkə arasında Norman formatı çərçivəsində konstruktiv müştərək işləri davam etdirmək əzmini bir daha təsdiqləyiblər.

Rusiya Prezidenti rəsmi Kiyevin 2015-2016-cı illərdə Paris və Berlində əldə olunan razılaşmaları yerinə yetirməsinin vacibliyinə diqqət çəkib.