22 Sentyabr 2019
21 Sentyabr 2019
Azəraycanda narkotik alveri edən dəstə saxlanıldı
Azəraycanda narkotik alveri edən dəstə saxlanıldı KRİMİNAL 21:10 2019-09-08

Balakəndə narkotik tərkibli bitkiləri əkib-becərən və narkotik vasitələrin qanunsuzdövriyyəsi ilə məşğul olan daha bir dəstə zərərsizləşdirilib.

Unikal.org  xəbər verir ki, Balakən rayon Polis Şöbəsininəməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərən və narkotikvasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvilverilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

Tədbirlər zamanı rayonun Gərəkli kənd inzibati ərazisinin yaxınlığında dağlıq meşəlik bölgədəkultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən, küllü miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə kollarının əkildiyi bir neçə sahə aşkar edilib.

Məlum olub ki, rayonun Gərəkli və Mahmalar kənd sakinləri olan Muquşov Rauf Məhəmməd oğlu, Muquşov Osman Rauf oğlu, Mehdiyev Mehman Raufoviç vəDibirov Mayıl Abdulməcid oğluqabaqcadan əlbir olaraq dağlıq-meşəlik ərazinin müxtəlif ölçülü 11 sahəsində çətənə bitkisini əkib becəriblər. Hal şahidlərinin iştirakı ilə ərazidən onların yetişdirdikləri hündürlükləri 25 sm-dən 410 sm-ə qədər olan, ümumi təmiz çəkisi 76 kq 763 qr olan 130 ədəd narkotik tərkibli çətənə bitkiləri, həmin sahələrin kənarlarından isə 13 kq 144 qr qurudulmamış, 2 kq 598 qr. qurudulmuş halda olan narkotik vasitə hesab edilən marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Yuxarıda adı keçən şəxslər tutularaq istintaqa cəlb edilib.

Aparılmış ilkin istintaq zamanı məlum olub ki, rayonda narkobaron kimi tanınan Balakən rayonu, Gərəkli kənd sakini Mustafayev Eldar Abdulla oğlu, Balakən rayonu, Mahamalar kənd sakini “Bete” ləqəblinarkobaron Malaxov Sabir Əyyub oğlu, Balakən rayonu, Mahamalar kənd sakini Nəsibov Yaşar Əhmədilov oğlu, Balakən rayonu, Gərəkli kənd sakini “Kotu” ləqəbli narkobaron Dibirov Rasim İbrahim oğlu, Balakən rayonu, Mahamalar kənd sakini “Meşə Kralı” ləqəbli narkobaron Mehdiyev Mehman Raufoviçin meşə massivində istixanada təxminən 800-dək narkotik tərkibli çətənə şitillərini aqrotexniki qaydada qulluq edərək becəriblər. Sonradan “Meşə kralı” Mehman Mehdiyevhəmkəndlisi Muquşov Rauf Məhəmməd oğlu ilə birlikdə həmin istixanadan 215 ədəd narkotik tərkibli çətənə bitkisi şitillərini oğurlayıblar.

Daha sonra Mehman Mehdiyevin razılığı ilə Rauf Muquşovhəmin şitilləri, CM-nin 234.1 və 237.2.3-cü madələri ilə barəsində Balakən RPŞ-nin İB-də 190320051 nömrəli cinayət işi üzrə istintaq aparılan və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan Dibirov Mayıl Abdulməcid oğlu azadlıqda olduğu zaman ona verib. Mayıl Dibirovun narkotik tərkibli çətənə bitkisinin şitillərini Balakən rayonu, Gərəklikənd sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına baxmayaraq məsuliyyətdən yayınmağa müvəffəq olmuş Nusalov Elnur Şamil oğlu ilə birlikdə meşə ərazisində əkib-becərdikləri məlum olub. Eldar Mustafayevin iki yerdə becərdiyi, 339 ədəd narkotik tərkibli çətənə bitkiləri29 avqust 2019-cu il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunub.

Əməliyyat zamanı Eldar Mustafayev və onunla birlikdə həmin bitkiləri becərən Qoradayev Bəşir Nəcməddin oğlu, Dibirov Zahid Hizbullah oğlu və Dibirov NailHizbullah oğlu həbs edilib. Onların digər ərazidə becərdikləri təxminən 300 ədəd narkotiktərkibli bitkiniisə məhv etdikləri müəyyən olunub.