17 Sentyabr 2019
16 Sentyabr 2019
İnquşetiyanın rəhbəri seçilib
İnquşetiyanın rəhbəri seçilib DÜNYA 20:36 2019-09-08

Bu gün İnquşetiya Xalq Məclisi gizli səsvermə yolu ilə respublikanın yeni rəhbərini seçib.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, 60 yaşlı Mahmud-Əli Kalimatov 31 deputatdan 27-nin səsini alaraq respublikanın rəhbəri seçilib.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında İnquşetiya Respublikasının rəhbəri postuna üçüncü dəfə Yunus-Bek Yevkurov seçilib. Bu ilin iyununda Rusiya Prezidenti Vladimir Putin vaxtından əvvəl vəzifəsini tərk etmək istəyən 55 yaşlı siyasətçinin istefa ərizəsini qəbul edib. Ötən dövr ərzində respublikanın rəhbəri vəzifəsini də keçmiş prokuror M. Ə. Kalimatov icra edib.