Yaponiyanın paytaxtı Tokioda keçirilən karate üzrə Premyer Liqa yarışında beşqat dünya çempionumuz Rafael Ağayev gümüş medal qazanıb.

Unikal.org xəbər verir  ki, tanınmış idmançımız, dünya karatesinin "Brilyant"ı finalda son vaxtlar tez-tez üz-üzə gəldiyi yaponiyalı Ken Nishimura ilə qarşılaşıb.

Görüşdə hesab açılmasa da, hakimlər yenə Rafaelə qarşı ədalətsiz davranıb.

Belə ki, bərabər səviyyədə keçən görüşdə qələbə yerli idmançıya verilib.

Digər dünya çempionumuz İrina Zaretskaya (-68 kq) isə finalda fransalı Alizee Aqyeyə 3:0 qalib gələrək qızıl medal qazanıb.

Ayxan Mamayev (-84 kq) isə qazaxıstanlı İqor Çixmarevə 3:2 qalib gələrək bürünc medala yiyələnib. Bununla da millimiz karatenin vətənindən üç medalla dönür.