Türkiyənin paytaxtı Ankarada Murat O. mis naqilləri oğurlamaq üçün elektrik transformatoruna girib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, oğurluq etmək istəyən şəxsi tok vuraraq yaralayıb. İşıqlar söndüyü üçün məhəllə sakinlərinin çağırdıqları elektrik idarəsi əməkdaşları yerdə hərəkətsiz uzanan Murat O.-nu görüblər. 
Cərəyanın kəsilməsindən sonra hadisə yerinə gələn təcili yardım və xilasetmə qrupları Murat O.-nu içəridən xərəklə çıxarıblar. Bədənində yanıq izləri olan şəxs ilk müdaxilədən sonra xəstəxanaya aparılıb.