Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə "Keşlə" yoxlama oyunu keçirib.

Unikal.org xəbər verir ki, Tərlan Əhmədovun komandası bu gün I divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb. Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçirilən oyunda elita təmsilçisi 4 cavabsız qolla qalib gəlib.
 
Yoxlama oyunu

7 sentyabr
 
"Keşlə" - "Qaradağ Lökbatan" -  4:0
Qollar: Vüsal İsgəndərli (2), Tərlan Quliyev, Rəşad Sadiqov
Bakı Olimpiya Stadionu (köməkçi meydança)