17 Sentyabr 2019
16 Sentyabr 2019
Bakıda qadın mağaza soydu
Bakıda qadın mağaza soydu KRİMİNAL 17:59 2019-09-07

Nəsimi polisi mağazadan oğurluq edən şəxsləri tutub.

Unikal.org xəbər  verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi əməkdaşları oğurluq hadisəsi ilə əlaqədar əməliyyat tədbiri keçiriblər.

Nəticədə, Yardımlı rayon sakini R.Dadaşzadə və Sabirabad rayon sakini T.Hüseynova şübhəli bilinərək saxlanılıb. Onların Nəsimi rayonundakı mağazaların birindən 960 manat pul oğurladıqları bildirilir.

Qeyd edək ki, aparılan əlavə tədbirlər nəticəsində R.Dadaşzadənin daha bir avtomobildən 1200 manat pul oğurlaması da müəyyən edilib.