"İran, Azərbaycan, Türkiyə və digər müsəlman ölkələri bir-birlərinə möhtacdır". 

Unikal.org xəbər verir ki, bu sözləri İranın sabiq prezidenti Əhməd Necat səsləndirib.

O deyib:

“Geyim, yemək, adət-ənənələrimiz eynidir. Türkiyə, İraq, Azərbaycan, Türkmənistan, Əfqanıstan, Pakistan və Bəsrə Körfəzi ölkələri ilə İran inkişaf üçün bir-birlərinə möhtacdır. Biri itirəndə digəri qalib gəlməyəcək, çünki bağlıyıq.

Türkiyə və digər qonşularla əl-ələ verib uyğunlaşma içində hərəkət etməliyik. 

Türkiyə, Azərbaycan və İran əlaqələri hər zaman üçün vacibdir. Bu ölkələrin qarşı-qarşıya gəlmələri üçün çox səy göstərilir. Heç bir qonşunun meydana gələcək qarşıdurmalardan qazanclı çıxmayacaq. 

Türkiyə, Suriya, İordaniya, Misir, İraq, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Azərbaycan, Pakistan, Türkmənistan və digər Körfəz ölkələri böyük bir coğrafi ərazini əhatə edir.  Bu dövlətlər bütün su yollarına çıxışı var. Dünyanın ən böyük enerji qaynaqları və qlobal əlaqə nöqtəsinin də bu ərazilərdədir. Bu məsələləri nəzərə alıb daha diqqətli olmalıyıq".