Lənkəranın Səpnəkəran kənd sakini həyətində narkotik becərib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Səpnəkəran kənd sakini İ.Əkbərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 14 ədəd çətənə  kolu aşkar edilərək götürülüb.  

Davam etdirilən tədbirlərlə İ.Əkbərovun evinə baxış zamanı isə 3 kiloqram qurudulmuş marixuana götürülüb.