Bakıda bankomatdan iki nəfərin bank hesabından pul çıxararaq qaçan şəxs tutulub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini olan 2 nəfərin bank hesabından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olmuş O.Cəlilov saxlanılıb.