Valletta şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Unikal.org  xəbər verir ki, Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın qollarını Rüfət Abdullazadə və Turan Vəlizadə vurub.

Komandalar arasında növbəti oyun sentyabrın 7-də keçiriləcək.