18 Sentyabr 2019
Kıvanc Tatlıtuğ və Beren Saat yenidən bir araya gəlir
Kıvanc Tatlıtuğ və Beren Saat yenidən bir araya gəlir MƏDƏNİYYƏT-ŞOU 16:20 2019-09-04

Beren Saat və Kıvanc Tatlıtuğun yenidən bir araya gələ biləcəyi iddia edilir.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Aşkı-Memnu" ilə diqqətləri üzərinə çəkməyi bacaran B.Saat və K.Tatlıtuğ üçün "Netflix"dən təklif gəlib.

Rəqəmsal seriya və film izləmə platforması olan "Netflix" onların yenidən bir ekran işində yer alması üçün rekord təklif verib.  

Aktyor və aktrisanın fanatları indidən onların bir araya gəlməsi üçünü səbirsizliklə gözləyir. Bildirilir ki, K.Tatlıtuğ təklifə müsbət yanaşsa da, B.Saat düşünmək üçün vaxt istəyib.