“Barselona”nın futbolçusu Lionel Messi mükafatlandırılıb.

Unikal.org xarici KİV-ə istindan xəbər verir ki, argentinalı futbolçu Roma Papası Fransisk Fondunun mükafatına layiq görülüb. Bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb.

Messi, Amerika kuboku-2019-un yekunlarına əsasən, 191 ölkənin 500 mindən çox təhsil müəssisəsinin qatıldığı sorğuda 34,28 faiz səslə birinci olub.

Messiyə bu münasibətlə mozambikli uşaqların əskidən hazırladıqları və küçə futbolunu simvolizə edən top hədiyyə olunub.