FIFA müxtəlif kateqoriyalar üzrə "The Best" mükafatına namizədlərin yekun siyahısını açıqlayıb.

Unikal.org qurumun saytına istinadən xəbər verir ki, ilin ən yaxşı futbolçusu, ən yaxşı qapıçısı, ən yaxşı baş məşqçisi adına və ilin ən yaxşı qoluna verilən Ferents Puşkaş mükafatına namizədlər açıqlanıb:

Ən yaxşı futbolçu:
Kriştiano Ronaldo (“Yuventus”), Lionel Messi (“Barselona”), Vircil van Dayk (“Liverpul”);

Ən yaxşı qapıçı:
Alisson Bekker (“Liverpul”), Ederson (“Mançester Siti”), Mark-Andre Ter Ştegen (“Barselona”);

Ən yaxşı baş məşqçi:
Pep Qvardiola (“Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), Maurisio Poçettino (“Tottenhem”);

Ferents Puşkaş mükafatı:
Lionel Messi (“Barselona”), Xuan Kintero (“River Pleyt”), Daniel Jori (“Debretsen”).

Namizədlərin seçimi zamanı 2018-ci ilin 16 iyulundan 2019-cu ilin 19 iyul tarixinə qədər olan nəticələr nəzərə alınıb. Qalibin adına FİFA-nın rəsmi saytında azarkeşlər arasında aparılacaq sorğu nəticəsində aydınlıq gələcək. Qalibin adı 23 sentyabrda, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.