"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov tutduğu vəzifədən istefa verib. 

Unikal.org xəbər verir ki, gənc mütəxəssis qərarını Azərbaycan Premyer Liqasının III turunda evdə "Keşlə"yə 0:4 hesabı ilə uduzduqları görüşdən sonra mətbuat konfransında açıqlayıb.

Qeyd edək ki, bu cari mövsümdə ilk baş məşqçi istefası olub.