Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı Bədii Gimnastika Çempionatının yarışlarının üçüncü günü start götürüb.

Unikal.org-un məlumatına görə, yarışın son günündə "gənclər" və "böyüklər" yaş kateqoriyasında finallar keçiriləcək.

Xatırladaq ki, yarışda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparırlar. İştirakçılar arasında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.

Üç gün davam edəcək turnirdə 100-dən çox gimnast birincilik uğrunda mübarizə aparır.