İtaliyanın “Yuventus” klubu ciddi itki ilə üzləşib.

Unikal.org xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Corco Kyellini zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın son məşqində zədələnən Kyellini yaxın zamanda əməliyyat olunacaq.

İtaliya mətbuatının xəbərinə görə, 35 yaşlı müdafiəçi 5-6 ay yaşıl meydanlardan uzaq qalacaq.