Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. 

Unikal.org xəbər verir ki, Monako şəhərində keçiriləcək tədbir saat 15:00-da start götürüb. Püşkdə 48 klub 12 qrupa bölünüb. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibidir.

Püşkatmadan öncə komandalar reytinqinə görə səbətlərə bölünüb. “Qarabağ” əmsalına əsasən, 3-cü səbətə düşüb. Monakoda baş tutan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın rəqibləri müəyyənləşib. 

Qrup mərhələsinin oyun günləri də bəllidir. Sentyabrın 19-da başlayacaq qrup matçları dekabrın 12-də yekunlaşacaq.

Avropa Liqası, qrup mərhələsi

A qrupu
Sevilya (İspaniya)

APOEL (Kipr)

Qarabağ (Azərbaycan)

Düdelanj (Lüksemburq) 

B qrupu

"Dinamo" (Kiyev), 

"Kopenhagen" (Danimarka),

 "Malmö" (İsveç), 

"Luqano" (İsveçrə)

C qrupu: 

"Bazel" (İsveçrə), 

"Krasnodar" (Rusiya), 

"Xetafe" (İspaniya), 

"Trabzonspor" (Türkiyə)

D qrupu

 "Sportinq" (Portuqaliya)

 PSV (Hollandiya)

 "Rusenborq" (Norveç)

 LASK (Avstriya) 

E qrupu

"Latsio" (İtaliya)

"Seltik" (Şotlandiya)

 "Renn" (Fransa)

ÇFR (Rumıniya)

F qrupu

"Arsenal" (İngiltərə)

 "Ayntraxt" (Frankfurt, Almaniya)

"Standard" (Lyej, Belçika)

"Vitoriya" (Gimaraynş, Portuqaliya)

G qrupu

 "Portu" (Portuqaliya)

 "Yanq Boyz" (İsveçrə)

 "Feyenoord" (Hollandiya)

"Reyncers" (Şotlandiya)

H qrupu

MOİK (Moskva, Rusiya)

 "Lüdoqorets" (Bolqarıstan)

 "Espanyol" (İspaniya)

"Ferentsvaroş" (Macarıstan)

I qrupu

 "Gent" (Belçika)

 "Volfsburq" (Almaniya)

 "Sent-Etyen" (Fransa)

"Aleksandriya" (Ukrayna)

J qrupu

"Roma" (İtaliya)

 "Borussiya" (Mönxenqladbax, Almaniya)

 "İstanbul Başakşehir" (Türkiyə)

 "Volfsberq" (Avstriya)

K qrupu  "Beşiktaş" (Türkiyə)

 "Braqa" (Portuqaliya)

"Vulverhempton" (İngiltərə)

 "Slovan" (Bratislava, Slovakiya) 

L qrupu

"Mançester Yunayted" (İngiltərə)

 "Astana" (Qazaxıstan)

"Partizan" (Serbiya), 

AZ (Alkmaar, Hollandiya)