21 Sentyabr 2019
20 Sentyabr 2019
Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı qətlə yetirildi - ERMƏNİSTANDA
Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı qətlə yetirildi -ERMƏNİSTANDA DÜNYA 18:50 2019-08-25

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşıqətlə yetirilib.

Bu barədə Unikal.org  erməni mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə paytaxt Yerevanda qeydə alınıb. Belə ki, Şenqavit polisinə Ehbaryutrun küçəsindəki mənzillərdən birində kişi meyiti tapılması barədə məlumat daxil olub. Polisin araşdırması məlum olub ki, bu, Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, 55 yaşlı S.Karqamanyandır. O, odlu silahdan açılan atəşlə qətlə yetirilib. Meyitin yanında "Makarov" markalı tapança da aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.